Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İranda neft daşıyan avtomobil qəza törədib: Azı üç nəfər həlak olub
İranda, İlam-Mehran avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər yayıb.
Qeyd olunur ki, yanacaq daşıyan neft avtomobili əyləc sistemində nasazlıq yaranması səbəbindən üç maşınla toqquşub.
Hadisə nəticəsində üç nəfər ölüb, azı 11 nəfər yaralanıb.
Hələlik hadisənin digər təfərrüatları məlum deyil.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar