İspaniya Konstitusiya Məhkəməsi Kataloniya əyalət parlamentinin oktyabrın 9-da keçirilməsi planlaşdırılan iclasını qadağan edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə İspaniya Konstitusiya Məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 9-da müstəqilliyin elan edilməsi ilə bağlı iclas keçirməyi planlaşdırmışdı.
A.S.
www.oxu.az