“CinemaPlus” kinoteatrlar şəbəkəsi təşkilatçısı “M Group Production” olan ən reytinqli realiti-şou “Maşın”nın rəsmi tərəfdaşı oldu. 15-ci mövsümün “Xanımlar vs cənablar” adı altında ilk efir buraxılışı oktyabrın 8-i saat 22:15-də ATV kanalında baş tutacaq. Yenə də ən ağıllı, güclü və dözümlü iştirakçını müəyyən etmək üçün avtomobil ətrafında 18 nəfər ulduz iştirakçı toplaşacaq.
Oxu.Az xəbər verir ki, şounun aparıcısı həmişə olduğu kimi Azərbaycanın Əməkdar artisti Murad Dadaşov olacaq.
Həmçinin “CinemaPlus” kinoteatrlar şəbəkəsi şounu tərk etmiş hər bir “Maşın” şou iştirakçısına öz yeni məhsulu olan – “Hədiyyə kartı” təqdim edəcək.
Qeyd edək ki, “Maşın” şou 2005-ci ildə yerli televiziya efirinə çıxıb və tamaşaçılar 12 il ərzində realiti-şounun 14 mövsümünü izləyiblər.
“CinemaPlus” kinoteatrı hər zaman xoş sürprizlər etməyə və kino tarixində olan ən yaxşı premyeralar ilə sizi sevindirməyə hazırdır.
A.S.
www.oxu.az