İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda quru əməliyyatlarına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL "X" hesabında məlumat yayıb.
Xəbərə görə İsrail Müdafiə Qüvvələri təhdidləri aradan qaldırmaq üçün ərazidəki çox sayda terror hədəfinə artilleriya və hava hücumları həyata keçirib. Bildirilib ki, SAXAL "Hizbullah" hərəkatına qarşı əməliyyatları davam etdirəcək.