Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsrail ordusu "İslami Cihad"ın əməliyyat qərargahının rəhbərini məhv etdi
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalına endirdiyi zərbələr zamanı Fələstinin radikal "İslami Cihad" qruplaşmasının əməliyyat qərargahının rəisi Məhəmməd Əbu Saxili öldürüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Əbu Saxil əvvəllər Qəzza zolağının şimalında "Fahed əs-Sabah" məktəbi kimi xidmət edən binalar kompleksində tikilmiş komanda-nəzarət mərkəzinin içərisində məhv edilib. Məlumata görə, zərərsizləşdirilmiş şəxs "İslami Cihad" terror təşkilatının sıralarında mühüm fiqur olub, İsrail mülki əhalisinə və Qəzza zolağında fəaliyyət göstərən SAXAL qoşunlarına qarşı hücumların və terror aktlarının HƏMAS hərəkatı ilə planlaşdırılmasında, həyata keçirilməsində və koordinasiyasında iştirak edib.
Mətbuat xidməti qeyd edib ki, zərbədən əvvəl mülki şəxslərə zərər vurmaq riskini azaltmaq üçün hərbçilər arasında dəqiq idarə olunan hərbi sursatlardan istifadə, havadan müşahidə və əlavə kəşfiyyat məlumatlarının əldə edilməsi kimi addımlar atılıb.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- İsrail bir neçə HƏMAS komandirinin zərərsizləşdirildiyini açıqlayıb
- Qəzzadakı döyüşlərdə 191 jurnalist həlak olub
- İsraillilərlə fələstinlilər arasında zeytun yığımına görə toqquşmaların sayı kəskin artıb
- HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir
- Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi
Rəylər