İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənub hissəsinə növbəti zərbə endirdiyini açıqlayıb. Məqsəd radikal HƏMAS hərəkatının döyüş qanadının taqım komandirinin məhv edilməsi olub.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, HƏMAS-ın taqım komandiri Asma Kamal Əbu Timan zərərsizləşdirilib.
Bildirilir ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücumda və israillilərin qaçırılmasında iştirak edib. Açıqlamada zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin minimuma endirilməsi üçün zəruri addımların atıldığı qeyd olunub.
İsrail Müdafiə Ordusu (SAXAL) radikal HƏMAS hərəkatının 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücumda və girovların saxlanılmasında iştirak etmiş Qəzzadakı briqadasının yüksək vəzifəli zabitini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, SAXAL briqadanın operativ şöbəsinin rəhbəri Adəm İbrahim Şaban Nasmanı zərərsizləşdirib. Bildirilir ki, Nasman Qəzza şəhərinə endirilən zərbə nəticəsində həyatını itirib.

Məlumata görə, öldürülən şəxs Qəzzadakı HƏMAS briqadasının kəşfiyyat zabiti və "Əş-Şati" batalyonunun komandiri, həmçinin "Nuhba" xüsusi təyinatlı qüvvələri batalyonunun komandiri vəzifələri də daxil olmaqla bir sıra rəhbər vəzifələr tutub.
Qurumdan həmçinin vurğulanıb ki, Nasman son aylarda Qəzzada HƏMAS qruplaşmasının üzvlərinə təlim keçməyə çalışıb, eyni zamanda atəşkəs razılaşmasını pozmaqla təşkilatın hərbi gücünün bərpa olunması istiqamətində cəhdlər göstərib.