Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İşsiz və daktiloskopiyadan keçməyən miqrantlar Rusiyanı tərk edəcəklər
"İşdən qovulan və ya universitetdən xaric edilən, daktiloskopiyadan (barmaq izi müayinəsi) keçməyən və rus dilini öyrənməyən miqrantlar Rusiyanı tərk etməlidirlər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev deyib.
"İşini itirənlər, universitetdən xaric edilənlər, daktiloskopiyadan keçməyənlər, dil öyrənməyənlər və Rusiya cəmiyyətinə heç bir faydası olmayanlar ölkəmizi tərk etməlidirlər", - deyə nazir bildirib.
Kolokoltsev qeyd edib ki, Rusiyada miqrasiya ilə bağlı vəziyyəti stabilliyini pozmaq cəhdləri davam edir.
"Rusiyada miqrantlar" teqi üzrə xəbərlər
- Rusiyada əcnəbilərin bir kateqoriyası miqrasiya tələblərindən AZAD EDİLDİ
- Rusiya Dumasına MİQRANT PENSİYALARI ilə bağlı sərt təklif
- Rusiyada miqrant qadınların pulsuz doğuşu qadağan edilə bilər
- Rusiyada qanunsuz miqrant işlədənlər üçün cərimələr sərtləşdirildi
- Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni sənədlə bağlı tələblər gəlir
Ən çox oxunanlar