İstanbulda Sabiha Gökçen aeroportunda partlayış zamanı yaralanan qadın dünyasını dəyişdi.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti yerli KİV-ə istinadən məlumat yayıb.
10:20
Sabiha Gökçen hava limanında partlayış baş verib. Partlayışda aeroportda təmizlik işləri ilə məşğul olan 33 yaşlı Canan Çelik Burgucu əlindən, 30 yaşlı Zəhra Yamaç isə başından yaralanıb.
Oxu.Az-ın hurriyet xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən, partlayışın səbəbi məlum deyil.
Məlumata əsasən, yaralılar Mərmərə Universitetinin xəstəxanasına yatırılıb. Zəhra Yamaçın vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər cəlb edilib. Polislər aeroportun giriş və çıxışlarında bütün nəqliyyat vasitələrində yoxlama aparırlar. Hadisə yerinə polis helikopteri havadan dəstək üçün cəlb edilib.
Yerli vaxt ilə saat 02.05-də, Bakı vaxtı ilə 04.05-də Sabiha Gökçen hava limanında baş verən partlayışın meydana gəlmə səbəbi araşdırılır.