İtaliyanın şimalında helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Quotidiano Piemontese" məlumat yayıb.
Qəza Verbano-Kuzio-Ossola əyalətində, Kampliccioli süni gölü ərazisində, təxminən 1,4 kilometr yüksəklikdə baş verib. Helikopterdə olan iki nəfər həlak olub.
Nəşrin məlumatına görə, ölənlər 60 yaşlı kişi və 63 yaşlı qadındır.
Kampliccioli gölü Pyemont vilayəti ilə İsveçrə arasındakı dağlıq ərazidə yerləşir.
Qaynar xətt:
(055) 224 12 12