Dünən Əfqanıstanın paytaxtında hərbi hospitala hücum nəticəsində ölənlərin sayı 49-a çatdı, 76 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Pajvak” agentliyi məlumat yayıb.
Daha öncə hadisə nəticəsində 30 nəfərin öldüyü və ən azı 70 nəfərin yaralandığı barədə məlumat yayılmışdı.
8 mart, 16:39
Əfqanıstan təhlükəsizlik qüvvələri saatlarla davam edən atışmadan sonra Kabildə hərbi hospitala hücum edən silahlıların hamısını məhv edib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında hospitala 5 silahlı hücum çəkib.
Silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq hospitalın girişində partlayış törədib. Digər dörd silahlı həkim geyimində hospitala daxil olub. Əfqanıstan Daxili İşlər Nazirliyi artıq əməliyyatın tam başa çatdığını, hospitaldakı silahlıların hamısının öldürüldüyünü açıqlayıb.
Hücum nəticəsində 30-dan çox insan ölüb. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
S.B.
www.oxu.az