Əfqanıstanın paytaxtı Kabulda Ali Məhkəmənin yaxınlığında terror aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatdı.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən “Reuters” məlumat yayıb.
Qeyd edilir ki, xəsarət alan 48 nəfər xəstəxanalara yerləşdirilib.
Daha öncə Kabulda baş verən partlayışda 12 nəfərin öldüyü barədə məlumat yayılmışdı.
16:26
Kabulda Ali Məhkəmənin binasının yaxınlığında baş verən partlayış nəticəsində ən azı 12 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “TOLO News”a güc strukturlarında olan mənbə bildirib.
Məlumata görə, kamikadze-terrorçu Ali Məhkəmənin parkinqində əməkdaşlar binanı tərk edərkən özünü partladıb.
Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.
16:05
Kabulun rayonlarının birində güclü partlayış baş verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLO News” telekanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, hadisə Əfqanıstanın Ali Məhkəməsinin binasında baş verib.
N.O.
www.oxu.az