Türkiyənin Kayseri şəhərində leysan xarakterli yağışlar daşqına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, yollar gölə çevrildiyi üçün vətəndaşlar çətin anlar yaşayıblar. Xüsusilə Melikqazi rayonunun Gesi Fatih məhəlləsində həddindən artıq yağışlar səbəbindən kanalizasiya xətlərində daşmalar qeydə alınıb. Ərazidə avtomobillərin hərəkəti xeyli çətinləşib, sürücülər yolda irəliləmək üçün əziyyət çəkiblər. Aidiyyəti qurumlar ehtimal olunan qəfil daşqınlar və subasmalarla bağlı vətəndaşlara xəbərdarlıq ediblər.
Qaynar xətt:
(055) 224 12 12