Kiprin hazırkı dövlət başçısı Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində liderlik edir.
Oxu.Az xəbər verir ki, Anastasiadis birinci turda səslərin 38-40 faizini toplayıb. Onun rəqibi Kiprin Əməkçi Xalqının Mütərəqqi Partiyasının nümayəndəsi Stavros Malas 27-31 faiz səs qazanıb. Demokrat Partiyasının lideri Nikolas Papadopulos isə səslərin 21,5-24,5 faizini alıb.
İkinci turda prezident postu uğrunda ikinci turda Anastasiadis və Malas mübarizə aparacaq.
Prezident seçkilərinin II turu fevralın 4-də keçirilə bilər.