ABŞ Ukraynaya Rusiyadakı enerji infrastrukturu obyektlərinə zərbələr endirmək üçün istifadə olunan kəşfiyyat məlumatlarını təqdim edir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı məlumat yayıb.
"ABŞ və ukraynalı mənbələrin sözlərinə görə, Birləşmiş Ştatlar hələ də yalnız kəşfiyyat məlumatlarını, o cümlədən Ukraynadakı Rusiya hərbi mövqelərinə və Rusiyadakı enerji infrastrukturuna zərbələrin yönləndirilməsi üçün məlumat paketlərini ödənişsiz təqdim edir", - məqalədə qeyd olunub.
Bildirilir ki, ABŞ administrasiyasında bu siyasəti, xüsusilə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff dəstəkləyir.