Ukraynanın paytaxtı Kiyevin Peçorsk rayonunda ərazi komplektləşdirmə və sosial dəstək mərkəzinin (hərbi komissarlıq) binasında baş verən atışma nəticəsində üç polis əməkdaşı və üç hərbçi yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi "Telegram" kanalında məlumat yayıb.
İlkin məlumata görə, atəşi səfərbərlik qanunvericiliyini pozduğuna görə mərkəzə gətirilən şəxs açıb.
"Üç polis əməkdaşı və üç hərbçi yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, onlara lazımi tibbi yardım göstərilir", - deyə məlumatda bildirilib.
Atəş açan şəxs saxlanılıb. Hadisə yerində polis idarələrinin istintaq-əməliyyat qrupları işləyir. Hadisənin təfərrüatı araşdırılır.