Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın mayda baş tutacaq ilk görüşünə hazırlıq barədə informasiyanı təkzib edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, daha öncə dövlət strukturlarında olan mənbələrə istinadən “Kommersant” Putin və Trampın mayın sonunda görüşəcəklərinə dair məlumat yaymışdı.
“Hələlik heç bir məlumat yoxdur”, - Peskov RİA Novosti-nin bu görüş və ona dair hazırlıq barədə verdiyi suala cavab olaraq bildirib.
A.M.
www.oxu.az