Rusiyanın Xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşdən əvvəl jurnalistləri təhqir edib.
Oxu.Az xəbər verir ki, YouTube portalında yerləşdirilən videoda, Lavrov onu çəkən media nüamyəndələrinə sual verib: “What do you want?” (“Siz nə istəyirsiniz?”). Sonra isə uzaqlaşaraq rus dilində onları “gicbəsər” adlandırıb.
Videodan nazirin məhz hansı jurnalisti təhqir etdiyi bilinmir.
S.B.
www.oxu.az