Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlon Mask Trampın administrasiyasına qoşulmaq təklifinə cavab verib
ABŞ prezidentliyinə namizəd və keçmiş prezident Donald Trampın qarşıdan gələn seçkidə qalib gələcəyi təqdirdə onun administrasiyasına qoşulmaq təklifinə milyarder və iş adamı İlon Maskdan cavab gəlib.
"Mən xidmət etməyə hazıram", - deyə Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, həmçinin neyron şəbəkəsi tərəfindən yaradılan və Maskın tribunada "Hökumətin Effektivliyi Departamenti"nin (DOGE) rəhbəri kimi dayandığı fotonu nəşrə əlavə edib.
I am willing to serve pic.twitter.com/BJhGbcA2e0
— Elon Musk (@elonmusk) August 20, 2024
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək prezident seçkisində qalib gəldiyi təqdirdə, sahibkar İlon Maskın ABŞ administrasiyasına qoşulmasını istəyir.
Oxu.Az xəbər verir ki, Tramp "Reuters"ə verdiyi müsahibədə bildirib ki, əgər Ağ Evə qayıtsa, Maskın ABŞ administrasiyasının rəhbəri və ya kabinet üzvü vəzifəsini qəbul etməyə hazır olduğu halda, ona bu vəzifələri təklif etməyi planlaşdırır.
Qeyd edək ki, iyul ayında Trampa sui-qəsd cəhdindən sonra Mask seçki mübarizəsində ona açıq dəstək vermişdi.
Prezident seçkisi ölkədə noyabrın 5-də keçiriləcək.
Rəylər