Məşhur iqlim fəalı Qreta Tunberq Kopenhagen Universitetində (Danimarka) İsrail universitetləri ilə əməkdaşlığa qarşı aksiya zamanı saxlanılıb.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə aksiyanı təşkil edən tələbə qrupunun sözçüsü xəbər verib.
Danimarka polisi isə təxminən 20-dən çox etirazçının Kopenhagen Universitetinə girişi əngəlləməsindən sonra altı nəfərin saxlanıldığını bildirib.
Polis saxlanılanların kimlikləri barədə açıqlama verməsə də, "İşğala Qarşı Tələbələr" qrupunun sözçüsü saxlanılanlar arasında Tunberqin də olduğunu deyib.