Misir məhkəməsi iki müğənni və iki rəqqasəni pozğunluq və əxlaqsızlığı təşviq etməkdə günahlı bilib.
Oxu.Az xəbər verir ki, bu barədə The Egyptian Streers portalı məlumat yayıb.
Məhkəmənin qərarına əsasən qadınların hər biri altı ay müddətinə azadlıqdan məhrum edilim. Sənətçilər onlara hökm oxunduqdan dərhal sonra, elə məhkəmə zalındaca, həbs ediliblər.