Moskvanın şimalında MOİK-in məşqçisi İqor Aksenovun 20 yaşlı qızı Alena Aksenovanın meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, qızın meyiti evin girişində sakinlər tərəfindən aşkar edilib. Vətəndaşlar dərhal təcili yardım briqadası çağırıblar, amma qızı xilas etmək mümkün olmayıb.
Life nəşri evin digər sakinlərinə istinadən küçədə ağlamaq səsi eşidildiyi barədə məlumat yayıb. Sonradan qızın yaşadığı binada evin pəncərəsindən yıxılaraq öldüyünü məlum olub.
Hüquq-mühafizə orqanlarında qızın bədənində yüksəklikdən yıxılmaya xarakterik olan zədələrin olduğunu bildiriblər. Aksenovanın həyatla hesablaşmaq istəməsi də istisna edilmir.
Polislər baş verənləri araşdırırlar. Prossesual qərar istintaq başa çatdıqdan sonra qəbul ediləcək.
N.O.
www.oxu.az