"Manchester United" futbol komandasının baş məqçisi Joze Mourinyo İspaniya müstəntiqləri tərəfindən "vergi fırıldaqçılığı"nda ittiham edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Football Espana məlumat yayıb.
Məlumata görə, portuqaliyalı məşqçi 2011 və 2012-ci illər ərzində 6.26 milyon manat (3.3 milyon avro) vergidən yayınıb.
Xatırladaq ki, “Real”ın hücumçusu Kriştianu Ronaldu da 14,7 milyon avro məbləğində vergini ödəməkdən yayınmaqda ittiham edilir. İspaniya KİV-in yaydığı məlumata görə, bu məsələ üzrə məhkəmə iclası iyulun 31-də baş tutacaq.
S.S.
www.oxu.az