Nepal və Çin sərhədində baş verən dəhşətli daşqınlar nəticəsində ölənlərin sayı 1 355 nəfərə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepalın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bundan əvvəl yayılan xəbərlərdə 1 344 nəfərin öldüyü bildirilirdi. Hazırda təqribən 4 800 insanın itkin düşdüyü qeyd olunur.
Xatırladaq ki, sözügedən təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgəsində qeydə alınıb və daşqının yaranmasına qar uçqunu səbəb olub. Nəhəng qaya və palçıq kütləsi çay yatağı ilə yüksək sürətlə 70 kilometrdən artıq məsafəyə yayılaraq geniş əraziləri su altında qoyub. Ən son xəbərlərə əsasən, Çin ərazisində 43 nəfər həyatını itirib, daha 519 nəfər isə itkin düşmüş hesab edilir.