İsrailin baş naziri Binyamin Netanyahu Yaxın Şərqdə “İraq Şam İslam Dövləti” qruplaşmasına qarşı əks fəaliyyəti gücləndirmək məqsədi ilə müstəqil Kürdüstanın yaradılması ideyasını dəstəklədi.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Netanyahunun dediyinə görə, kürdlər siyasi sabitliyini sübut etmiş və öz dövlətinin olmasına haqqı çatan döyüşçülər millətidir.
İsrailin baş naziri həmçinin, ölkəsinin İordaniyada islamçıların ərazi tutmasına mane olmaq üçün bu ölkəni dəstəkləyəcəyini, beləliklə də İsrail üçün təhlükənin qarşısını alacağını qeyd edib.
Şimali İraqda kürd əsgərləri bu yaxınlarda döyüşlər nəticəsində Kirkük şəhərini nəzarət altına alıblar.