Nigeriyanın şimalında Adamava ştatında silahlı hücum baş verib.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində azı 30 qadın və uşaq həlak olub.
Məlumata əsasən, hücum Adamava ştatında üstünlük təşkil edən Baçama etnik qrupunun nümayəndələri tərəfindən törədilib.
A.S.
www.oxu.az