Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nigeriyalı qadını yeddi ilədək həbs cəzası gözləyir - İNANILMAZ SƏBƏB
Nigeriyanın Laqos şəhərindən olan 39 yaşlı Çioma Okoli 18 min izləyicisi olan bloqunda "Erisco Foods Limited" brendinin tomat pastası haqqında mənfi rəy dərc etdiyinə görə yeddi ilə qədər həbs cəzası ala bilər.
2023-cü ilin sentyabrında qadın sosial şəbəkələrdə yazıb ki, pastada bol şəkər var və şirkət bu məhsulla "insanları öldürür".
Həmin ayın 24-də Okoli həbs olunub. Prokurorlar bu şərhin "insanları "Erisco Foods"a qarşı yönəltmək niyyəti ilə" edildiyini bildiriblər. İstehsalçıya görə, Okolinin rəyi onun biznesinə və reputasiyasına mənfi təsir göstərib.
Qadın həmçinin "Erisco Foods"a qarşı sui-qəsddə ittiham olunur. İttiham tərəfi israr edir ki, şərh Okolinin öz fikri olmayıb və o, daha iki şəxslə birgə hərəkət edib. Kibercinayətkarlığı qadağan edən qanuna görə, indi qadını yeddi ilə qədər həbs gözləyir. Bundan əlavə, şirkət nümayəndələri maddi itkilərin ödənilməsini tələb edirlər.
Mənbə: snob.ru
"Nigeriya" teqi üzrə xəbərlər
- Nigeriyada kilsə izdihamı: Azı 10 nəfər ölüb
- COP29-da Nigeriya: "Biz ölçüləbilən tərəqqiyə nail olmalıyıq"
- Nigeriyada etirazlarda iştiraka görə 29 uşaq edam edilə bilər
- Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
- Nigeriyada tankerin partlaması nəticəsində ölənlərin sayı 140-a çatıb