Ermənistan müdafiə naziri Seyran Oqanyan yenidən narahatlıq və həyəcan dolu bəyanatla çıxış edib.
Oxu.Az xəbər verir ki, bunu erməni KİV bildirib.
Oqanyanın sözlərinə görə, son zamanlarda atəşkəs rejiminin Azərbaycan tərəfdən pozulma sayları artıb.
“Bu yaxınlarda onlar ordu günlərini qeyd edirdilər, biz snayper, avtomatçı və hətta qumbaraatanların fəaliyyətinin artmasını bununla əlaqələndiririk”, - o qeyd edib.