Norveçin paytaxtı Osloda “Sentrum Scenе” konsert zalının tavanının qismən uçması nəticəsində 15 nəfər xəsarət alıb.
Oxu.Az RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident zalda yeni təhsil ilinin başlanılması ilə əlaqədar tədbirin keçirilməsi zamanı baş tutub.
1800 tamaşaçı tutumuna malik olan “Sentrum Scenе”-də təxliyə tədbiri həyata keçirilib. Hadisənin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.