Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Papuaşvili: "Ukraynanın Gürcüstana təzyiqi beynəlxalq hüququn pozulması idi"
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynanı beynəlxalq hüququ pozmaqda ittiham edib.
Oxu.Az-ın məlumatına görə, bəyanat Papuaşvilinin sosial şəbəkə profilində dərc olunub.
"Ukraynanın könüllülərin göndərilməsi tələbi ilə Gürcüstana təzyiq göstərməsi beynəlxalq hüququn pozulması idi, lakin görünür ki, bəziləri qanunları yalnız başqalarına deyil, öz övladlarına aid olduqda xatırlayırlar", - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin fevralında, müharibənin başlamasından dərhal sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba gürcü könüllülərinin Ukraynaya göndərilməsini tələb edib. Papuaşvili vurğulayıb ki, bu, Gürcüstanın müharibəyə cəlb edilməsinə bərabər olardı.
"Xatırladım ki, Gürcüstan Ukrayna hakimiyyətinin döyüşçü göndərilməsini tələb etdiyi yeganə ölkə idi. Gürcüstan imtina edəndə Kuleba Ukrayna səfirini geri çağırdı, yerli müxalifət və QHT-lər isə Rustaveli prospektində Rusiyaya qarşı sanksiyalarla yanaşı, gürcülərin hökumətin himayəsi altında müharibəyə göndərilməsi tələbi ilə etiraz aksiyaları təşkil etdilər", - deyə o yazıb.
Papuaşvili əlavə edib ki, indi keçmiş xarici işlər naziri Kuleba 18 yaşlı oğlunun niyə Ukraynanın müdafiəsi üçün müharibəyə getməməli olduğuna Ukrayna qanunlarında bəraət axtarmağa çalışır.
"Şalva Papuaşvili" teqi üzrə xəbərlər
- Gürcü Arzusu: "USAID parlament seçkisinə 42 milyon dollar vəsait ayırıb"
- Gürcüstan parlamentinin sədri Brüsseli riyakarlıqda ittiham etdi
- Macarıstanın Baş naziri Viktor Orban Brüsseli Gürcüstana təzyiqləri dayandırmağa çağırdı
- Gürcüstanda prezident seçkisini gələn ilə saxlamaq istəmirlər
- İrakli Kobaxidze baş nazir postuna namizəd olacaq