Fransanın “Charlie Hebdo” nəşrinin redaksiyasına hücumda şübhəli bilinənlər, çox güman ki, Yəməndə təlim keçiblər. CNN bu barədə ABŞ hakimiyyətində olan mənbəyə istinadən xəbər verir.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, Şərif və Səid Kuaşi qardaşları bir müddət Yəməndə olublar, onlara “Əl-Qaidə” yaraqlıları təlim keçib.
Qeyd olunur ki, fransız mənbə qardaşlardan birini Suriya yaraqlıları ilə əlaqələndirir.
www.oxu.az