Məşhur küçə rəssamı Benksinin Parisdə “Bataklan” konsert zalının arxa qapısına çəkilmiş qraffitisini naməlum şəxslər oğurlayıblar.
Oxu.Az xəbər verir ki, rəssam bu əsəri 2018-ci ilin iyun ayında “Bataklan” terrorunun qurbanlarının xatirəsinə çəkmişdi.
Konsert zalının rəsmi “Facebook” səhifəsi bu hadisəyə görə çox kədərləndiklərini və cinayətkarın tez bir zamanda tapılacağına inandıqlarını yazıb.