Fransanın paytaxtında daha bir mümkün hücumun qarşısı alınıb.
Bu barədə “RİA Novosti” Fransa Daxili İşlər Nazirliyinə istinadla xəbər yayıb.
Bildirilir ki, Sen-Sen-Deni departamentində məktəb yaxınlığında bıçaqla silahlanmış kişi saxlanılıb. O, uşaqlarını məktəbə aparan valideynləri hədələyərkən tutulub.
Əlavə təfərrüatlar hələ ki, verilməyib.
Rəylər