Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pentaqon İsrailə görə Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək
ABŞ Müdafiə Nazirliyi gərginliyin artacağı təqdirdə İsrailin müdafiəsinə dəstək vermək üçün Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh keçirdiyi növbəti brifinqdə bildirib.
"Bununla bağlı ABŞ-nin müdafiə naziri Lloyd Ostin regionda Amerika hərbçilərinin təhlükəsizliyinin gücləndirilməsi və İsrailin müdafiəsinə dəstəyin artırılması üçün bir sıra qüvvələrin balansında dəyişikliklərin həyata keçirilməsi üçün əmr verəcək", - Sinq bildirib.
Onun sözlərinə görə, Ostin İsrailin müdafiə naziri Yoav Qalantla söhbətində ona Birləşmiş Ştatların gördüyü əlavə tədbirlər, o cümlədən gələcəkdə qüvvələr balansında dəyişikliklər barədə məlumat verib.
Pentaqonun bəyanatında bildirilir ki, ABŞ səlahiyyətliləri Yaxın Şərq regionuna əlavə qüvvələr göndərir və İsraili qorumaq üçün raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə dair hazırlığı artırır.
Qeyd olunur ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin ABŞ HQ-nin Avropa Komandanlığı və Mərkəzi Komandanlığının əməliyyat məsuliyyətində olan bölgələrə ballistik raketlərdən müdafiəni təmin edə bilən əlavə kreyser və esmineslərin göndərilməsi haqqında göstəriş verib.
Pentaqon həmçinin əlavə yerüstü ballistik raketdən müdafiə imkanlarını yerləşdirməyə hazırlığı artırmaq üçün addımlar atır. Bundan əlavə, Ostin Yaxın Şərqə əlavə qırıcı təyyarələrin göndərilməsini əmr edib.
Rəylər