Perunun kəndlərindən birinin sakinləri ikibaşlı buzovun doğulmasından heyrətləniblər.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, qeyri-adi hadisə ölkənin şimal-qərbindəki Truxilo əyalətinin El-Porvenir şəhəri yaxınlığında baş verib.
Qeyri-adi heyvan doğuluşundan az sonra ölüb. Yerli sakinlər hesab edirlər ki, heyvan lənətlənib. Bəzilərinin qənaətincə, bu, dünyanın sonu və ya dəhşətli fəlakətin əlamətidir.
N.О.