Rusiya prezidenti Vladimir Putin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin saxlanılması ilə bağlı hazırlanan əməliyyatdan xəbərdar idi.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, prezidentə məruzə edilib. O, xəbərdardır. Ona əməliyyatın əvvəlində məlumat verilmişdi. Yəni o, bütün informasiyanı almışdı. Mən yenə də təkrar edirəm, bu, ciddi ittihamdır. Bu ittihamlara qarşı qərarı yalnız məhkəmə verə bilər”, - Peskov bəyan edib.
N.O.