Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Peskov Trampın dövründə Rusiyaya qarşı sanksiya siyasəti barədə: "Nikbinliyə qapılmaq lazım deyil"
"Donald Trampın prezidentliyi dövründə ABŞ-nin Rusiyaya qarşı sanksiya siyasətində əsaslı dəyişikliklər ola bilməz, nikbinliyə qapılmaq lazım deyil".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.
O, Tramp tərəfindən ABŞ-nin maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən, Rusiya və onun neft sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi mövqeyindən çıxış edən Skott Bessentin bəyanatını şərh edib.
"Heç kimə sirr deyil ki, ABŞ Administrasiyası, dialoq üçün müəyyən siyasi iradə bəyan etməsinə baxmayaraq, öz xarakterində əhəmiyyətli dəyişikliklər etməyəcək. Burada nikbinliyə qapılmağa ehtiyac yoxdur. Hər hansı əsaslı dəyişikliyin olması mümkün deyil", - deyə Peskov bildirib.
Bessentin sanksiyayönlü bəyanatından danışarkən Kremlin nümayəndəsi qeyd edib ki, onun bir nazir kimi öz prezidentinin qərarını dəstəkləməməsi qəribə olardı.
"Bu, sadəcə, ola bilməz. Yəni ona dəstək olmadığı halda, o, sadəcə olaraq, istefa verərdi", - deyə Dmitri Peskov qeyd edib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin maliyyə naziri vəzifəsinə namizəd Bessent neft sektorunda Rusiyaya qarşı sanksiyaların Rusiyanı Ukrayna üzrə sülh danışıqlarında masa arxasına oturmağa məcbur edəcək dərəcədə sərtləşdirməyin tərəfdarı olduğunu bildirib.
"Dmitri Peskov" teqi üzrə xəbərlər
- İstanbulda Rusiya-ABŞ görüşü başa çatıb: Danışıqlar 6 saatdan çox davam edib
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Peskov: "Ər-Riyadda Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü müzakirə ediləcək"
- Kreml Trampla Putinin təmasları barədə anons verib
- Kremldən Zelenskinin Rusiya ilə ərazi mübadiləsinə dair bəyanatına SƏRT REAKSİYA