Rusiya prezidenti Vladimir Putin bildirib ki, Şimali Koreya lideri Kim Çen In savadlı və yetkin liderdir.
Oxu.Az xəbər verir ki, bu barədə Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Rusiya prezidentinin fikrincə, KXDR dövlət başçısı öz məqsədinə çatıb. Onun artıq nüvə silahı var və başqaları bu faktla hesablaşmaq məcburiyyətindədir.
Bu baxımdan, Rusiya prezidenti qeyd edib ki, onun düşüncəsinə görə, Şimali Koreya lideri bu qarşıdurmanın qalibidir.
A.M.
www.oxu.az