Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna ilə iqtisadi-ticari əlaqələrin inkişafı daima diqqət mərkəzində olmalıdır.
Oxu.Az bu barədə RİA Novosti-yə istiandən xəbər verir.
“Dplomatik nümayəndəyə, səfirə (Ukraynada) gəldikdə isə - ayrıca danışarıq. Amma iqtisadi-ticari əlaqələrin inkişafı daima diqqət mərkəzində olmalıdır”, - Putin deyib.
Qeyd edək ki, Putin daha öncə Belbek aeroportunda işgüzar görüşdə prezident administrasiyasının əməkdaşı Olqa Vasilyevanın Təhsil və elm nazirliyinin rəhbəri, Dmitri Livanovun isə Ukrayna ilə iqtisadi-ticari əlaqələr üzrə dövlət başçısının xüsusi nümayəndəsi təyin edilməsi barədə Dmitri Medvedevin təklifi ilə razılaşıb.