Hindistanda hakimiyyətə gələn “Baxaratiya Canata” partiyası (BCP) induizmin bütün təriqətlərinin fikrinə diqqətlə yanaşır. Onların maraqlarının qorunması partiyanın prioritet məsələlərindəndir. Onların arasında isə ekzotik ritualları həyata keçirənlər də var, o cümlədən hanniballar.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Pakistanda bir müddət öncə ölkənin tarixində ilk dəfə olaraq insanlar hannibalizmə görə mühakimə ediliblər. İki qardaş Muhamməd Arif və Fərman Əli 12 il həbs cəzası aldılar.
Əgər Məhəmməd peyğəmbərin qanunlarının yüksək tutulduğu Pakistan üçün bu əsl şokdursa, qonşu Hindistanda insan cəsədini əsrlər boyu yeyirlər. Və bunu xəstə deyil, tamamən psixiki sağlam insanlar edir.
“Müqəddəs insanların” adət və ənənələri
2006-cı il aprel günlərinin birində Hindistanın Uttar-pradeş ştatının polisi, hannibalizmdə şübhəli bilinən iki “müqəddəs” insanı saxlayıb. Hind dilində onlara sadxu deyirlər.
Hər iki sadxu – həm müəllim, həm tələbə Aqhori sektasına aiddirlər, bu induizmin ən qədim sirli və qəribə istiqamətlərindəndir.
Aqhorilərin fikrincə məhz bütün norma və qaydaların pozulması mənəviyyatın ali həddinə çatmağa və bu dünyanın zəncirlərindən azad olmağa imkan verir.
İrlandiya jurnalisti Darra Meyson “Deyli Mirror”da dərc edilən məqaləsində “sektada bir müddət yaşayan amerikalını müşahidə etdiyini” yazıb. Bir neçə on illiklər bundan öncə bu, mümkün deyildi: belə ki, adamyeyənlər ağ adamı öz aralarına qəbul etməzdilər.
Sadxular inanırlar ki, meyiti yemək qocalmağın qarşısını alır və insana havanı idarə etmək imkanı verir.
Aqhorilər fəal şəkildə xeyriyyəçiliklə məşğul olurlar. Onların səyləri ilə hospital yaradılıb.
Qanuni meyityeyənlər
Hannibalizmin qadağan edilməsinə baxmayaraq, Aqhori sekta qanundan kənar hesab edilmir. Hindistan dövləti müxtəlif dini görüşləri mühafizə edir.
Bəzən Hindistanda Aqhori praktikasının qadağan edilmə cəhdləri meydana gəlir.
Bu qəbildən olan qanunvericilik təşəbbüsləri induistlər tərəfindən qəzəblə qarşılanır. Seçkilərdə bu dini cərəyanın tərəfdarlarının da olduğu, BCP-nın qələbə çalması, gələcəkdə bu qəbildən olan qanunların verilməsini şübhə altına qoyur.
Çay yığacaqdılar, qəlyanaltı oldular.
Hindistanda hannibalizmlə sadəcə dini görüşlərə görə məşğul olmurlar. Hələ yüz illər boyu ərəb, fars səyahətçiləri, daha sonra Marko Polo – dünyaya Andaman adalarının adamyeyənlərindən danışıb.
Hannibalizm hadisələri Hindistanın şimal-şərqində zaman-zaman qeydə alınaraq mətbuatda işıqlanır.
Burda yaşayan Naqa və başqa tayfaların nümayəndələrinin adam əti yemələri barədə informasiya Hindistan və Pakistan mətbuatında öz əksini dəfələrlə tapıb.
Sonuncu dəfə belə şayiənin sənədli təsdiqi keçən ilin yanvarında mətbuatda yayılıb. O zaman muzdlu fəhlə kütləsi Assamada çay plantasiyalarından birinin sahibini və onun arvadını dəyənəklə ölənədək döyüblər. Münaqişə isə sahiblərin işçilərə düşən pul mükafatını verməmələri olub, daha çox səs-küy salan fəhlələri isə polisə təhvil veriblər. Qətldən sonra kütlədən beş nəfər plantasiya sahibinin cəsədini yeyiblər.
Son əsrlərdə avropalılar hannibalizmi normadan kənar bir anlayış kimi qəbul ediblər.
Amma zaman dəyişib: artıq bəyaz turistlər Şərqə, adamyeyənlərin çəkici praktikasına inteqrasiya üçün gedirlər.
Avropa artıq dünyanı öz arşını ilə ölçmür, onu anlamağa, bütün mövcud adət və ənənələri ilə bu dünyanı qəbul etməyə çalışır. Bu adətlər hannibalizmə də aiddir.