“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov solo konsert verməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, müğənninin “Eldar live show” adlı konserti “Equinx Beach Club”da reallaşacaq.
İyulun 18-də keçiriləcək konsertin təşkilatçılığını “KKM production” öz üzərinə götürüb. Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.
Xatırladırıq ki, müğənninin bundan öncəki “The One” adlı solo-club konserti bu ilin mart ayının 9-da baş tutmuşdu.
Aytən Sadıqzadə
www.oxu.az