Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qəzzada xəstəxanalar fəaliyyətini dayandırır
Qəzza zolağının şimalındakı əsas xəstəxanalardan biri elektrik generatorları üçün yanacaq çatışmazlığı səbəbi ilə fəaliyyətini dayandırır.
Oxu.Az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı tibb müəssisəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
Əl-Avda xəstəxanasının direktoru Məhəmməd Salehin sözlərinə görə, tibb müəssisəsi elektrik generatorları üçün yanacaq almasa, 24 saat ərzində fəaliyyətini dayandıracaq.
Bundan əlavə, telekanal Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında da yanacaq çatışmazlığından xəbər verib. Bu tibb müəssisəsi də yanacaq və dərman çatışmazlığı üzündən növbəti 24 saat ərzində fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.
"Qəzza zolağı" teqi üzrə xəbərlər
- Qətər Qəzza üzrə razılaşmanın yekun layihəsini İsrailə və HƏMAS-a təhvil verib
- Qəzzada "Anadolu" agentliyinin operatoru həlak oldu
- HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?
- HƏMAS İsrailə girovların siyahısını vermədi
- İsrail ordusu HƏMAS-ın qərargahını vurdu
Rəylər