Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə forması məsələsi ilə bağlı referendum yekunlaşıb.
Bu barədə TASS-da respublikanın seçkilərin keçirilməsi və referendum üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər.
“Axşam saat 20-də (Bakı vaxtı ilə saat 18:00) bütün seçki məntəqələri bağlandı,” - komissiyanın nümayəndəsi deyib.
Məlumata görə, Prezident seçkilərində seçici fəallığı 33.13 faiz, referendumda isə 33,08 faiz olub
10:51
Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum keçirilir.
“RİA Novosti” xəbər verir ki, seçkilər COVİD – 19 pandemiyası ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri nəzərə alınaraq keçirilir.
Referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək.
Prezident postu uğrunda 17 namizəd mübarizə aparır.
Səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Seçicilər 48-i xarici ölkələrdə olmaqla, 2 min 470 seçki məntəqəsində səs verir.