Dekabrın 11-də konstitusiyaya və yerli keneşlərə (şuralar) seçkilərdə düzəlişlərlə bağlı keçiriləcək referendumla əlaqədar Qırğızıstanda bu gün sükut günü elan edilib.
Oxu.Az xəbər verir ki, bu gün ölkədə bütün təbliğat qadağan edilib.
Referendumda Qırğızıstan vətəndaşları Konsitutsiyaya 20-dən çox düzəlişin lehinə və əlehinə səs verə bilərlər.
Düzəlişlər əsasən, Parlamentə münasibətdə baş nazirin hakimiyyətinin güclənməsini ehtimal edir.
Qeyd edək ki, Qırğızıstanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi açılacaq.
Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Qırğızıstan vətəndaşları referendumda iştirak edə bilərlər.
N.O.
www.oxu.az