Prezident Emomali Rahmonun qızı Ozoda Rahmon və prezident aparatının icra hakimiyyətinin rəhbəri məmur, biznesmen və müsəlman din xadimlərinə ölkənin aztəminatlı vətəndaşlarına “sədəqə-fitrə” verməyi tapşırıblar.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Ozoda Rahmon tərəfindən imzalanmış xüsusi fərmanda dövlət qulluqçuları, din xadimləri və sahibkarlar Tacikistanda aztəminatlı ailələrə yardım etməklə yanaşı, bu tapşırığın yerinə yetirilməsinə dair dövlət orqanları qarşısında hesabat verməlidirlər.
Tacikistanda ilk dəfədir ki, aztəminatlı ailələrə yardım barədə tapşırıq verilir. Daha öncə prezident Emomali Rahmon dəfələrlə zəngin vətəndaşları sədəqə paylamağa və yoxsul sakinlərə yardım etməyə çağırıb, amma bu çağırışlar tövsiyə xarakteri daşıyıb.