Səudiyyə Ərəbistanının dəstəklədiyi Mahmud Əl-Səxri mühasirədədir.
Oxu.Az İslamazeri.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının dəstək verdiyi Mahmud Əl-Səxri adlı şəxs İraqdakı vəziyyətdən istifadə edərək dünən Kərbəla şəhəri və ətrafında üsyan başladıb.
Üsyanın qarşısını almaq üçün keçirilən əməliyyatlarda 4 İraq əsgəri ölüb, 12 əsgər də yaralanıb.
Mahmud Əl-Səxri tərəfdarlarından isə 12 nəfər öldürülüb, 25-i isə yaralanıb. Daha 30 ardıcılı isə həbs edilib.
Fitnəkar Mahmud Əl-Səxri isə Saif Səd bölgəsində mühasirəyə alınıb. Əməliyyatlar davam edir.
Qeyd edək ki, Mahmud Əl-Səxri Səddam Hüseynə yaxınlığı ilə tanınır. O, Ayətullah Sistaninin fətvasını rədd edib və Maliki hökumətinə qarşı cihad elan edib.