Hindistan Vaşinqtonun Rusiyadan neft satın alınmasını azaltmaq tələbinə baxmayaraq, oktyabr ayında bu ölkədən xam neft idxalını əvvəlki ayla müqayisədə bir qədər artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatları gəmiləri izləyən "Kpler" və "OilX" açıqlayıblar.
"Kpler"in məlumatına görə, oktyabrda Hindistanın Rusiyadan gündəlik neft idxalı təxminən 1.48 milyon barelə çatıb, halbuki sentyabrda həmin göstərici təqribən 1.44 milyon barel təşkil edib.
"OilX"in məlumatına görə, oktyabrda idxal eyni səviyyədə qalıb, sentyabrda isə 1.43 milyon barel təşkil edib. Məlumatlarda Rusiyadan ixrac edilən Qazaxıstan nefti nəzərə alınmayıb.