Braziliyanın Rio-de-Janeyro şəhərində polis və "Qırmızı komanda" qruplaşması arasında baş verən atışma nəticəsində həlak olanların sayı dörd polis də daxil olmaqla 64 nəfərə çatıb.
Oxu.Az bu barədə G1 nəşrinə istinadən xəbər verir.
Şəhərin şimalındakı gecəqondularda həyata keçirilən xüsusi əməliyyat nəticəsində 81 nəfər həbs edilib. Əməliyyatda təxminən 2 500 polis iştirak edib.
Qeyd edək ki, "Qırmızı komanda" Rio-de-Janeyronun ən amansız kriminal qruplarından biridir və bir neçə rayonu nəzarət altında saxlayır. Qruplaşma üzvləri polisin hərəkətlərinə odlu silahlarla yanaşı, od vurma və bombalı dronlarla cavab veriblər.