ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında süni intellektlə hazırlanmış videosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, görüntülərdə Tramp Ağ Evin Oval kabinetində portuqaliyalı futbolçu Kriştianu Ronaldu ilə birlikdə futbol oynayır.
"Ronaldu əla oğlandır. Onunla Ağ Evdə görüşməkdən həzz aldım", - ABŞ prezidenti yazıb.
Xatırladaq ki, Trampın məşhur futbol ulduzu ilə görüşü noyabrın 19-da baş tutub.