Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın strateji aerodromlarına qarşı həyata keçirdiyi "Pautina" əməliyyatının nəticələrinin peyk görüntüləri yayılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, fotolar "Maxar" şirkəti tərəfindən çəkilib.
Rusiyanın "Belaya" və "Olenya" aviabazalarının əks olunduğu kadrlarda azı yeddi ədəd "Tu-95MS", dörd ədəd "Tu-22M3" və bir ədəd "An-12" təyyarəsinin məhv edildiyi görünür.
Xatırladaq ki, Ukrayna Rusiyanın dörd arxa cəbhə aerodromuna ("Belaya", "Olenya", "Dyaqilevo" və "İvanovo") eyni anda dron hücumları təşkil edib. Əməliyyat 1,5 il ərzində gizli şəkildə planlaşdırılıb. Ukrayna Prezidenti Volodimir Zelenski UTX-nin keçirdiyi "Pautina" əməliyyatı zamanı 41 Rusiya təyyarəsi vurulduğunu bəyan edib.