Rusiya Ukrayna ilə diplomatik əlaqələri kəsib.
Oxu.Az UNİAN-a istinadən bildirir ki, bu haqda məlumatı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin verib.
Onun sözlərinə görə bu qərar Moskva Ukraynanın cari hakimiyyətini hüquqi hakimiyyət kimi qəbul etmədiyi üçün qəbul edilib.
“Moskva Ukraynanın cari hakimiyyətini hüquqi hakimiyyət kimi qəbul etmir, ona görə də Ukrayna ilə bütün diplomatik əlaqələri kəsir” deyə, Çurkin qeyd edib.